Kollecdə “Vergi siyasəti” təlimi kecirildi

08.02.2023-cü il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə  UNEC-in “Maliyyə və audit” kafedrasının dosenti  Zöhrab Paşayev  tərəfindən  “Vergi siyasəti” adlı təlim keçirildi. Təlim zamanı Zöhrab Paşayev vergi  anlayışı, vergi siyasətinin mahiyyəti, formaları və  vergitutmanın prinsipləri haqqında ətraflı məlumat verdi. O, müasir dövrdə vergi siyasətinin iqtisadi inkişafa və qeyri-neft sektorunun inkişafına, o cümlədən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılacaq vergi siyasətinin həmin regionun iqtisadi inkişafına təsirlərindən söhbət açdı.  Həmin regionların iqtisadi inkişafına dövlət kreditlərinin  ayrılması, kiçik və orta  biznesin inkişafına göstərilən diqqətdən, güzəşt müddəti 2023-cü il 01 yanvar tarixində başa çatmış sahələrin  gələcək güzəşt istiqamətlərindən bəhs etdi. Sonda, Zöhrab Paşayev müəllim və tələbələrlə fikir mübadiləsi apararaq təlim iştirakcılarının s suallarını cavablandırdı.


8-02-2023, 14:24
up