Kollecdə Pedaqoji Şuranın iclası keçirildi UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 15 fevral 2023-cü il tarixində Pedaqoji Şuranın iclası keçirilmişdir. İclasda UNEC rektorunun kolleclər üzrə məsləhətçisi, professor Nuru Mikayılov da iştirak edirdi. İclası giriş sözü ilə açan direktor Vidadi Orucov və tədbir iştirakçıları Türkiyədə zəlzələ qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər. Sonra Tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Xanım Məmmədova payız semestrinin imtahan sessiyasının yekunları ilə bağlı məlumat verdi. Daha sonra Sosial və Humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev tədris ilinin birinci yarısında Kollecdə görülmüş tərbiyə işlərinin yekunlarına dair hesabat verdi. O cümlədən, “Maliyyə” fənn birləşmə komissiyasının sədri Tünzalə Əsədullayevanın, “Mühasibat uçotu və audit” fənn birləşmə komissiyasının sədri Təranə Şahmuradovanın, “İnformatika” fənn birləşmə komissiyasının sədri Gülnarə Alyarovanın da hesabatları dinlənildi. Payız imtahan sessiyası vaxtı Kollecdə Bank işi şöbəsində Bank işi ixtisası üzrə 451 saylı və “Vergi işi” ixtisası üzrə 666 saylı qruplarda keçirilən eksperiment və onun nəticələri barədə“Keyfiyyatın təminatı” bölməsinin tyutoru Fidan Quluyeva çıxış etdi.