Kollecdə “Sosial iş” ixtisası üzrə təlim kecirildi
20.02.2023-cü il tarixində Kollecdə UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri Elşən Məmmədov tərəfindən Sosial işlə bağlı təlim keçirildi. Təlim zamanı Elşən Məmmədov sosial iş anlayışı, sosial işin mahiyyəti, formaları və prinsipləri haqqında ətraflı məlumat verdi. O, müasir dövrdə sosial işin inkişafı, o cümlədən ölkəmizdə tətbiqindən söhbət açdı. Daha sonra, Elşən Məmmədov ünvanlı sosial yardım, sosial yardımın səviyyələri, sosial işin inkişaf tarixi, sosial xidmətlər və sosial proqramlar haqqında, o cümlədən beynəlxalq təcrübədə tətbiq edilən sosial iş haqqında ətraflı məlumat verdi. Sonda, Elşən Məmmədov müəllim və tələbələrlə fikir mübadiləsi apararaq tələbələrin suallarını cavablandırdı.



