Kollecdə “Mühasibat uçotu” ixtisası üzrə təlim 21.02.2023-cü il tarixində Kollecdə UNEC-in “Maliyyə və audit” kafedrasının mühasibat uçotu ixtisası üzrə baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Nəzakət Musayeva tərəfindən Maliyyə uçotu ilə bağlı təlim keçirildi. Təlim zamanı Nəzakət Musayeva maliyyə uçotu fənninin tədrisinin təşkili,tədris olunan mövzular və onların plan üzrə qısa xülasəsi haqqında ümumi məlumat verdi. O, fənnin tədrisində beynəlxalq uçot standartlarına istinad edilməsinin vacibliyini vurğaladı. Daha sonra, bu ildən UNEC-də tətbiq olunan “Çevrilmiş təhsil”in metodikasından söhbət açaraq onun əsas məqamlarını izah etdi. Sonda, Nəzakət Musayeva müəllim və tələbələrlə fikir mübadiləsi apararaq tələbələrin suallarını cavablandırdı.