“Xocalı soyqırımının otuz birinci ildönümünün keçirilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil nazirinin və UNEC-in rektorunun imzaladığı Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin müəllim və tələbələri Xətai rayonunda yerləşən “Ana Harayı” abidəsini ziyarət ediblər. Ziyarət zamanı müəllimlər Xocalı soyqırımı haqda tələbələrə ətraflı məlumat veriblər.