Xocalı soyqırımı – qanlı gecə” faciə şahidinin gördükləri...

“Xocalı soyqırımının otuz birinci ildönümünün keçirilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil nazirinin və UNEC-in rektorunun imzaladığı Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə «Mühasibat Ucotu” şöbəsinin 123 qrupunun tələbələri “Xocalı soyqırımı – qanlı gecə”adlı tədbir kecirdilər.Tələbələr əsrin faciəsi ilə bağlı seirlər söylədilər,hazırladıqları əbədi-bədii kompozisiyaları nümayiş etdirdilər.
Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev cıxış edərək bildirdi ki, Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Kollecin müəllimi,Xocalı rayon sakini və faciənin şahidi Eldəniz Əbdülov cıxışında həmin gecə ermənilərin törətdikləri vəhşilik və şahidi olduğu hadisələr barədə tələbələrə ətraflı məlumat verdi.

24-02-2023, 17:18
up