Direktor əlaçılarla görüşdü

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək bal toplamış tələbələrlə görüş keçirildi. Görüşdə kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək payız semestrini uğurla başa vuran əlaçı tələbələri təbrik etdi və onlara müvəffəqiyyətlər arzuladı. Direktor tələbələrə tədrisin və təhsilin keyfiyyətini artırmaq üçün kollecdə görülən işlərdən, aparılan islahatlardan danışıb.
Görüşdə kollecin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Xanım Məmmədova, sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev və medotkabinə müdiri Sabir Süleymanov çıxış edərək əlaçı tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda əlaçı tələbələr çıxış edərək kollecdə onlara keyfiyyətli təhsil almaları ücün yaradılan şəraitə görə pedaqoji kollektivə minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda tələbələri maraqlandran suallar cavablandırılıb.

1-03-2023, 15:59
up