09.03.2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə psixoloq Xalidə Kərimova “İnsan alveri” mövzusunda əyani şöbənin “Maliyyə işi” ixtisası üzrə I kurs 123 saylı, “mühasibat uçotu” ixtisası üzrə I kurs 587 saylı, II kurs 583 saylı və “sosial iş” ixtisası üzrə I kurs 710 saylı qrup tələbələri ilə “Qurbana çevrilmə” adlı seminar keçirdi. Seminarda tələbələrə insan alveri qurbanlarının əlamətləri, insаn аlvеrinin qurbanına çevrilmənin mехаnizmi, хаricə gеtməк istəyənlər üçün təhlüкəsizlik plаnı, insаnlаrı tоrа sаlmаq üçün istifаdə еdilən fəndlər, qurbanların qarşılaşdıqları problemlər, xaricdə işləmək və təhsil almaq təklif olunursa diqqət olunmalı nüanslar qeyd olundu. Bundan əlavə insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün xüsusi müəsissə-sığınacaq, 152 qaynar xətt, www.insanalveri.gov.az saytı haqqında da tələbələrə məlumat verildi. Qrup tələbələri də bu mövzuda öz fikirlərini bildirdilər. Sonda tələbələr ilə travma sonrası tətbiq edilən qrup işi həyata keçirildi.