13 mart 2023-cü il tarixdə Sosial-İqtisadi Kollecdə Mülki-müdafiə qərargah rəisi Sitarə Orucovanın 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözüylə açan Kollecin direktoru Vidadi Orucov qeyd edib ki, çox sevindirici haldır ki, bugün yubileyinə toplaşdığımız Sitarə Orucova məsuliyyəti və intizamı ilə hər kəsə örnək olan bir ziyalı xanımdır. Direktor Sitarə Orucovanı yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. Yubiliyara Sosial İqtisadi Kollecinin «Fəxri Fərmanı» və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabunçu rayon komitəsinin hədiyyələri təqdim edilib. Sonda yubiliyar keçirilən bu tədbiri yüksək qiymətləndirərək ona verilən dəyər üçün öz minnətdarlığını ifadə edib.