15 mart 2023-cü il tarixdə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə tədris hissə katibi Könül Həziyevanın 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Kollecin direktoru Vidadi Orucov Könül Həziyevanın yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. Yubiliyara UNEC-in nəzdində Sosial-İqtisadi Kollecinin «Fəxri Fərmanı» və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabunçu rayon Komitəsinin sədri Alı Məmmədovun adından hədiyyələr təqdim edilib. Sonda yubiliyar keçirilən bu tədbiri yüksək qiymətləndirərək ona verilən dəyər üçün həm kollecin direktoruna,həm də kollektivə öz minnətdarlığını bildirib.