UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Novruz festivalı” keçirilib. Kollecin direktoru,pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxış edərək festival iştirakçılarını təbrik etdi. O, Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışaraq Novruzun xoşbəxtlik, sevinc bayramı olduğunu, insanları bir araya gətirdiyini vurğuladı. Sonra, tələbələr tərəfindən qurulmuş Novruz ənənələrini əks etdirən bayram stendləri nümayiş etdirildi. Sonda tədbirdə fəal iştirak edən qruplar və qrup rəhbərləri təşəkkürnamə ilə təltif edilib.