UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə payız semestrinin imtahan sessiyası başlayıb

Bu gündən etibarən, UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
İmtahanlar Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 10 dekabr tarixli F-570 nömrəli əmrinə müvafiq olaraq əyani formada təşkil edilib.
İmtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na  ciddi riayət olunur.
İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.
İmtahan zamanı tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər görülüb.

Tələbələrimizə uğurlar arzulayırıq.







6-01-2022, 10:55
up