UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirləri davam edir. Martın 17-də kollecin kollektivi və tələbələr Sabunçu rayon ərazisində yerləşən parkda “Hər kəs bir ağac əksə” devizi ilə keçirilən ağacəkmə kampaniyasında iştirak edərək 100 ağac əkiblər. Aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin qorunmasına və ətraf mühitin təmizliyinə, ekoloji mədəniyyətin təbliğinə, təbiətə hörmətə daim böyük önəm verən ümummilli liderin xatirəsini əbədiləşdirməkdir.