Kollecin tələbələri “Sən elə bir zirvəsən” adlı müsabiqədə iştirak etdilər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  “Sən elə bir zirvəsən” adlı ifa müsabiqəsinə start verilib. Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi”nin təşkilatçılığı ilə keçirilən Bakı zonası üzrə müsabiqə başa catıb. UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tələbələri şeir və rəqs nominasiyasının seçim mərhələsində iştirak ediblər. 

Kollecin 121 saylı qrup tələbəsi Aydan Ələkbərova şeir müsabiqəsində II yeri, rəqs nominasiyası üzrə 582-ci qrupdan Zəhra Məlikova, 583-cü qrupdan Fidan Şəfiyeva, 459-cu qrupdan Nihad Babayev və  669-cu qrupdan Aydın Alıyevin yaratdığı “Zirvə” rəqs qrupu III yeri tutmuşdur.


4-04-2023, 04:00
up