Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İсtimai birliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş aksiya keçiriblər. Belə ki, hər iki təşkilatın iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-iqtisadi Kollecində 100 tələbə vərəm əlehinə müayinə olunub. Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlının verdiyi məlumata görə,“Heydər Əliyev ili” çərçivəsində davam edən aksiyanı ilin sonuna kimi bir neçə rayonda keçirməyi nəzərdə tuturlar.