Təhsil Tələbə Krediti Fondu nümayəndələri ilə görüş

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Təhsil Tələbə Krediti Fondu nümayəndələri ilə görüş keçirilib. Məlumatlandırma məqsədilə keçirilən görüşdə fondun əməkdaşı Günay Xəlilova və Təhsil Tələbə Krediti ilə bağlı kollec üzrə məsul şəxs Fidan Quluyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində yaradılmış TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları, təhsil tələbə kreditlərinin verilməsi barədə geniş məlumat veriblər. Təhsil tələbə kreditləri haqqında təqdimatdan sonra məsul şəxslərin və tələbələrin sualları cavablandırılıb

11-04-2023, 16:30
up