UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar spartakiada çərçivəsində ixtisaslararası futbol turniri kecirilir. 5 komandadan (Qurtuluş, Zəfər, Qayıdış, Mühasiblər, Zirvə) ibarət turnirə mayın 5-də yekun vurulacaq. Acılış mərasimində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətlərinin əvəzsiz olduğunu qeyd etdi və “Heydər Əliyev ili” ilə əlaqədar keçirilən turnirin iştirakçılarına uğurlar arzuladı .