Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial- İqtisadi Kollecdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş kimyadan viktorina keçirildi.
Kollecin kimya müəllimi Pərvanə Həsənova təşkilatcılığı ilə 458,459,669 və 123 saylı qrup tələbələri kimyadan əldə etdikləri bilik səviyyələrini nümayiş etdirmək üçün yarışdılar.
Final mərhələsində 458 saylı qrupun tələbələri viktorinanın qalibi oldular. Tədbirdə fəal iştirak edən tələbələr təltif edildi.




















