Kollecdə Pedaqoji Şuranın iclası keçirildi

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə  26 aprel 2023-cü il tarixində Pedaqoji Şuranın iclası keçirilmişdir. İclasda UNEC rektorunun kolleclər üzrə məsləhətçisi, professor Nuru Mikayılov da iştirak edirdi. O, Pedaqoji Şura üzvlərini  Elm və Təhsil naziri  Emin Əmrullayevin 20.04.2023-cü il tarixli 3-29/3-1-49OK/2023 nömrəli əmrinin məzmunu ilə tanış etdi. Əmrə əsasən Xanım Rafıq qızı Məmmədova Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olundu. Sonra tədris işləri üzrə direktor müavini Xanım Məmmədova tələbələrin biliyinin qiymətləndirilməsinə və akademik borclarının ləğv edilməsinə dair   məlumat verdi.  Daha sonra  “Ümumiqtisadiyyat” fənn birləşmə komissiyasının sədri Nazim Cahangirovun, “Ümumtəhsil” fənn birləşmə komissiyasının sədri Azad Quliyevin, “İctimai elmlər” fənn birləşmə komissiyasının sədri Qələndər Muxtarlının hesabatları dinlənildi. Texnoloji istehsalat təcrübələrinin keçirilməsinin vəziyyəti və diplomqabağı təcrübələrə hazırlıq işləri haqqında “İstehsalat təcrübəsi və karyera mərkəzi”nin rəhbəri Natiq Musayev məlumat verdi. Sonda fiziki tərbiyə rəhbəri Eldəniz Əbdülovun, çağırışaqədərki hazırlıq rəhbəri Xəlil Hüseynovun   hesabatları dinlənildi.


26-04-2023, 02:45
up