Tələbələr Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universtetinin rektorunun “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili”elan edilməsi ilə bağlı təsdiq etdikləri Tədbirlər Planına uyğun olaraq ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecin “Maliyyə işi”ixtisasının 123 və 124-cü qrupunun tələbələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. 
Qrup rəhbəri Səadət Məmmədova tələbələrə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıb.
Sonra tələbələr Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə güllər düzüblər.


3-05-2023, 15:22
up