Rektorun məsləhətcisi imtahanlarda iştirak edib

Bu gün UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edib.
İmtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na ciddi riayət olunur.
UNEC Rektorun kolleclər üzrə məsləhətçisi Nuru Ağabala oğlu Mikayılov imtahan sessiyasını izləmək ücün Sosial İqtisadi Kollecdə olub, müəllim və tələbələrlə görüş kecirdib.
N.Mikayılov tələbələrlə görüşü zamanı onları maraqlandıran suallara cavab verib və imtahan gedişi zamanı qarşılaşdıqları cətinliklərlə maraqlanıb.















7-01-2022, 15:52
up