Sosial İqtisadi Kollecdə voleybol yarışı keçirildi

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universteti rektorunun “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili” elan edilməsi ilə bağlı təsdiq etdikləri Tədbirlər Planına uyğun olaraq ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecdə şöbələrarası voleybol yarışı keçirilib.
Azərbaycan Dövlət İqtisad Universtetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov açılış mərasimində çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətində idmana göstərdiyi xüsusi diqqətindən söhbət açıb,yarış iştirakçılarına uğurlar arzulayıb.
Yarışda hər üç şöbənin oğlanlardan və qızlardan ibarət komandaları mübarizə aparıblar. “İdarəetmə” şöbəsinin “Zəfər” və “Zəngəzur”, “Mühasibat Uçotu” şöbəsinin “10 may” və “Gənc mühasiblər”, “Bank işi” şöbəsinin “Qurtuluş”və “Gənc heydərçilər”komandaları iştirak ediblər.
Kollecin fiziki tərbiyə rəhbəri Eldəniz Əbdülovun verdiyi məlumata görə gərgin keçən yarışda oğlanlar arasında “Gənc mühasiblər” I yeri, “Gənc heydərçilər” II yeri və “Zəngəzur” komandası III yeri tutublar.
Qızlar arasında isə “10 may” komandası I yeri, “ Zəfər” komandası II yeri, “Qurtuluş”komandası III yeri bölüşüblər.

5-05-2023, 11:49
up