Tələbələr Ulu Öndərin məzarını ziyarət edib.

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun imzaladığı Tədbirlər Planına uyğun olaraq “2023-cü il Heydər Əliyev ili” elan edilməsi ilə bağlı ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecin “Mühasibat uçotu” ixtisasının 587-ci qrup tələbələri I Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Qrup rəhbəri Ağamalıyeva Aynur tələbələrə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün misilsiz xidmətlərindən söz açaraq onun  xalqımızın,dövlətimizin bütün  uğur və nailiyyətlərindəki əvəzsiz rolun­dan bəhs etmişdir.

Daha sonra isə tələbələr Ulu Öndərin xanımı,görkəmli oftalmoloq-alim,akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsini yad etmiş və məzarını ziyarət etmişlər.

5-05-2023, 13:41
up