Kollecdə “Əbədiyaşar lider”adlı tədbir keçirildi

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universteti rektorunun “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili” elan edilməsi ilə bağlı təsdiq etdikləri Tədbirlər Planına uyğun olaraq ADİU-nun nəzdində Sosial-İqtisadi Kollecdə “Əbədiyaşar lider”adlı tədbir keçirildi.
Kollecin dəhlizində tələbələrin və müəllimlərin əl işlərinin sərgisi ilə başlayan tədbir ümümilli lider Heydər Əliyevin və onun xanımı, mərhum alim-oftomotoloq Zərifə xanım Əliyevanın, Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə davam edib.
Tədbirdə kollecin müəllimləri Nazim Cahangirovu “Azərbaycan”, “Tələbəlik”, Cəvahir Tanrıverdinin “Könül”, “Sən bu xalqın dayağı”, Aynur Ağamalıyevanın “Təbriz”, “Bu torpaq sənindir”adlı Ulu Öndər Heydər Əliyevə həsr etdikləri şeirləri dinlənilib.
Kollecin 123-cü qrup tələbəsi Səliqə Soltanova və Nazənin Abdullayeva, 124-cü qrup tələbəsi Səbinə Yarıyeva, 587-ci qrup tələbəsi Məryəm Əhmədzadə, 121-ci qrup tələbəsi Aydan Ələkbərova və Ramal Məmmədov müəllimlərinin Heydər Əliyevə həsr etdikləri şeirləri səsləndiriblər.
Sonda tədbir bədii hissə ilə işini davam etdirib.

10-05-2023, 04:29
up