Kollecdə 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirildi

26 may 2023-cü il tarixində  UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə  28 May – Respublika Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbir Dövlət Himninin  səsləndirilməsi ilə başladı.Sonra respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kollecin “İctimai elmlər” fənn birləşmə komissiyasının müəllimi sədri Qələndər Muxtarlı çıxış edərək qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətli fəaliyyəti dövründə bir sıra nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. Onun öz dövlətçilik atribullarını qəbul etməsi, ana dilini dövlət dili elan etməsi , dövlət və hərbiquruculuq, iqtisadiyyat, mədəniyyət, təhsil və səhiyyə sahəsində atdığı addımlar xalqımız üçün böyük əhəmiyyət kəsb etmiş, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.  
Daha sonra tədbirdə tələbələrin  hazırladıqları çıxışlar dinlənildi. Tədbirdə həmçinin 28 May - Respublika Gününə həsr edilmiş videoçarx nümayiş olundu.
Sonda UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru p.e.d. Vidadi Orucov çıxış edərək bildirdi kmi, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də  dövlətçiliyə xas olan bütün müsbət cəhətləri özündə cəmləşdirə bilmişdir. Yalnız 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan etmiş və dövlət müstəqilliyimiz yenidən bərpa olunmuşdur.


26-05-2023, 16:30
up