UNEC-in nəzdində Sosial – İqtisadi Kollecdə “Bilik günü” keçirilib
Sentyabrın 15-də UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Bilik günü” qeyd edildi. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov açaraq Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun adından tələbələri, onların valideyinlərini “Bilik günü” münasibəti ilə təbrik etdi və onlara təhsil həyatlarında uğurlar arzuladı. Direktor çıxışında qeyd etdi ki, kollecimizin ən başlıca hədəfi mükəmməl təhsil mühiti yaratmaqla əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar yetişdirməkdir. Kollecin “Sosial iş” ixtisası üzrə II kurs tələbəsi Mehdiyeva Aytac ingilis dilində hər kəsi salamlayaraq “Bilik günü” münasibətilə təbrik etdi. Sonra kollecin məzunu, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Türkan Məhərrəmova çıxış edərək tələbələri təbrik etdi və onlara uğurlar arzuladı.Kollecə yeni qəbul olmuş Mustafa Vəkiloğlunun atası Səməd Vəkilov çıxış edərək tələbələrə yaradılan şəraitə görə öz təşəkkürünü bildirdi. Sonda valideynlər auditoriyalarda dərs prosesinin gedişi ilə tanış oldular.