Şəhid Ramin Rəhimov UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tələbəsi olub

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin "Maliyyə və kredit" ixtisasının məzunu Rəhimov Ramin Sucəddin oğlu Qarabağda aparılan antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub.
Şəhidin dayısı,UNEC-in nəzdində Sosial-İqtisadi Kollecinin müəllimi Səyyad Əhmədovun verdiyi məlumata görə,
Rəhimov Ramin Sucəddin oğlu Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşayırdı və İkinci Fəxri Xiyabanda bu gün dəfn olunub.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin kollektivi şəhid Ramin Sucəddin oğlu Rəhimovun yaxınlarına dərin hüznlə başsağlığı verir və onun əziz xatirəsinin qəlblərdə daim yaşayacağını bildirirlər.
Allah rəhmət eləsin!

23-09-2023, 12:26
up