Şəhid gizir Rəhimov Ramil
Şəhid gizir Rəhimov Ramil Sucəddin oğlu 01.01.1992-ci ildə Abşeron rayon Ceyranbatan qəsəbəsində anadan olub. 2007-ci ildə Abşeron rayon Ceyranbatan qəsəbəsində 1 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin “Maliyyə işi” ixtisasına qəbul olunub. 2011-ci ildə həmin ixtisası birtirib və həqiqi hərbi xidmətə yola düşüb. 2023-cü ildə Qarabağda aparılan antiterror əməliyyatları zamanı Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.
Ailəlidir, bir qız övladı vardır.
Allah rəhmət eləsin!