Azərbaycan xalqının 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə bu münasibətlə tədbir keçirildi.
Kollecin direktoru p.e.d Vidadi Orucov qeyd etdi ki, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Ordumuzun düşmənə qarşı cavabı elə sarsıdıcı, elə planlı və ağır oldu ki, onlar öz mövqelərində belə çətinliklə dayandı. 30 il işğalla barışmayan, ürəyi Qarabağ atəşi ilə alovlanan xalqımız bu döyüşlərdə yumruq kimi birlik nümayiş etdirdi.
Saat 12:00-da bütün Respublika ərazisində olduğu kimi Anım gününün qeyd olunması ilə bağlı ölkə Prezidentinin imzaladığı Sərəncama əsasən Sosial-İqtisadi Kollecdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi







