Kollecdə ilk dərs saatları Anım Gününə həsr olunub
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə ilk dərslər 27 Sentyabr – “Anım Günü”nə həsr olunub. Dərslərdə 2020-ci il sentyabrın 27-də erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri növbəti təxribatın qarşısının alınması məqsədilə Müzəffər Ordumuzun əks-hücum əməliyyatı zamanı torpaqlarımızın işğaldan azad edilməsindən danışılıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin tarixi əhəmiyyəti vurğulanıb.