Şəhidlər heç vaxt unudulmayacaq

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 44 günlük Vətən müharibəsində şəhid olmuş Rəşid Mədinovun və Şaiq Kəlbiyevin anım günü, Əkbər Hüseyinlinin isə doğum günü qeyd edilmişdir.
Tədbirdə kollecin tələbələri şəhidlərə həsr etdikləri şeirləri səsləndirmiş, onların qəhrəmanlıqları haqqında ətraflı məlumatlar vermişdilər.
Kollecin müəllimləri Zaur Vəliyev, Şahgül Qardaşəliyev öz çıxışlarında kollecin şəhid tələbələri Rəşid Mədinovun, Şaiq Kəlbiyevin və Əkbər Hüseyinlinin oxuduqları dövrdə nümunəvi tələbə olduqlarını bildirərək bütün şəhidlərimizin heç vaxt unudulmayacağını qeyd etmişdilər.

13-10-2023, 17:00
up