UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov ilə 2023-2024-cü tədris ilində ümumi (9 illik) orta təhsil bazasından qəbul zamanı yüksək bal toplamış tələbələrlə görüş keçirildi. Görüşdə Kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxış edərək tələbələri və onların valideynlərini təbrik etdi,onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Direktor Kollecdə tələbələr üçün yaradılan şəraitdən,onların yüksək səviyyədə təhsil almaları ilə bağlı aparılan islahatlardan danışdı. Görüşdə 44 günlük Vətən müharibəsində şəhid olmuş Kollecin məzun tələbəsi Şaiq Kəlbiyevin atası Namiq Kəlbiyev, Kollecin tədris işləri üzrə direktor müavini Xanım Məmmədova, sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev və Kollecin gənclər təşkilatının sədri Rasim Kazımov iştirak edirdilər. Tədbirin sonunda xatirə şəkili çəkdirilib.