18 oktyabr-Dövlət müstəqilliyinin bərpası günü qeyd edildi

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Kollecin “İctimai Fənlər” FBK-nın sədri Qələndər Muxtarlı çıxış edərək bildirdi ki, ötən əsrin 90-cı illərində Sovet İmperiyasının dağılması ilə dünyanın geosiyasi mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişildi.Məhz bu qeyri-müəyyən və ziddiyyətli tarixi şəraitdə Azərbaycanın bərpa edilən milli müstəqilliyi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dönməz xarakter aldı.Kollecin direktoru,pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxışında bildirdi ki, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.Və bu təcrübədən bəhrələnən cənab Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndinə bayraq asaraq bütün dünyaya sübüt etdi ki, “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir.”Sonda, Müstəqilliyin Bərpası Günü ilə bağlı  tələbələrin tərəfindən  vətənpərvərlik mövzusunda ifa olunan şeir və mahnıları dinlənilib, videoçarx nümayiş etdirilib.

18-10-2023, 04:15
up