Kollecdə "Qanunvericilik normaları" mövzusunda tədbir keçirildi

Oktyabrın 25-də UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə ideoloji maarifləndirmə işinin həyata keçirilməsinə dair tədbirlər Planına uyğun olaraq Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə “Qanunvericilik normaları” ilə bağlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin çıxışı ilə başlandı, ardınca Lider Heydər Əliyevin və ərazimiz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Kollecin "Kargüzarlıq və sosial iş” fənninin komissiyasının sədri Eynulla Musayevin çıxışı ilə bağlı tədbirin mahiyyəti haqqında ətraflı məlumat verildi.
Kollecin müəllimləri Səyyad Əhmədovun – “Konstitusiya və normativ hüquqi aktlarda hüqüq normaları”, Bənövşə Baxışovanın - “Narkomaniyaya qarşı mübarizə sağlam həyat fəaliyyətidir” və Nüşabə İsmayılovanın - “Cinayət cavabları-şəxsiyyət müdafiəsi olan cinayətlər” mövzusunda mühazirələri dinlənildi,tələbələrin sualları.
Sonda UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxış edərək ana yasamız olan Konstitusiyamızın və onun bir vətəndaşı kimi bizim üzərimizə qoyduğumuz işin öyrənilməsinin vacibliyini vurğuladı.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəridə Əzizli də iştirak etdi.
               İnsan resursları və  informasiya  şöbəsi

25-10-2023, 14:29
up