UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı” Tədbirlər Planına uyğun olaraq “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir”adlı tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin təşkilatçısı UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “Mühasibat uçotu” şöbəsinin 123-cü qrup tələbəsi Ayşən Cəfərova , 124-cü qrup tələbəsi Tunar Mirzəyev xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və milli quruculuq fəaliyyətindən, Azərbaycan xalqının taleyində, milli birlik və dövlətçiliyin formalaşmasında və digər sahələrdə həyata keçirdiyi islahatlar haqqında məlumat verdilər.
Sonra Kollecin 123-cü qrup tələbəsi Yarıyeva Səbinə Azərbaycan dili və ədəbiyyat müəllimi Cavahir Tanrıverdinin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Sən bu xalqın dayağı” adlı, 123-cü qrup tələbəsi Səliqə Soltanova Fikrət Qocanın “Vətən oğlu” və 123-cü qrup tələbəsi Nərgiz Baxışova “Ulu bir sərkərdə, ulu bir öndər” şeirlərini səsləndirdilər.
Kollecin 592-ci qrup tələbəsi Ləman Novruzova tədbir iştirakçılarına Heydər Əliyev haqqında qələmə aldığı məqaləni oxudu.
Tədbirdə iştirak edən bütün tələbələr sözləri İsmayıl Dadaşova, musiqisi Hüseyn Abdullayevə aid “Azərbaycan” mahnısını birlikdə səsləndirdilər.
Kollecin direktor müavinləri Xanım Məmmədova və Zaur Vəliyev, “Ümumi iqtisadiyyat” FBK-nın sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Cahangirov çıxış edərək qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.
Kollecin “Mühasibat Uçotu” şöbəsinin müdiri Şahgül Qardaşəliyev öz çıxışında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin davam edəcəyini vurğuladı.
Sonda Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib: “Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır və İlham Əliyev təkcə Prezident kimi deyil, həm də bir oğul kimi öz üzərinə böyük məsuliyyət götürərək həm ata vəsiyyətini, həm də Prezident andını yerinə yetirərək 44 günə xalqa qələbə bəxş etdi.
















