UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 'Mühasibat Uçotu" şöbəsinin 591 qrup tələbələri "8 noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçiriblər. Tədbirdə kollecin müəlliməsi Səidə Məmmədova çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbə haqqında tələbələrə ətraflı məlumat verib. Kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşərək necə qələbə əldə etməsindən söhbət açıb. Tədbirin sonunda tələbələrin Zəfər Gününə həsr olunmuş şeirləri səsləndirildi,çıxışları dinlənildi.