Heydər Əliyev həmişə gənclərin hamisi olub

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “Mühasibat Uçotu” ixtisasının 588-ci qrupunda Tədbirlər Planına uyğun olaraq “2023-cü il Heydər Əliyev ili”nə həsr olunmuş xüsusi dərs keçirilib. 
Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Tanrıverdi Cavahir  Ulu Öndər Heydər Əliyevin həyat yolu haqqında tələbələrə ətraflı məlumat verib.
Tələbələrdən Kərimova Nazlı Ulu Öndərin kəlamlarını, Musayeva Nabat, Yetərova Ləman, Ağayeva Aynur, Seyidəliyeva Liana, Muradov Adif Heydər Əliyevə həsr olunmuş “Ulu Öndər” (R.Yusifoğlu), “Ulduzlar” (Leyla Əliyeva), “Bir dahi doğulub gəldi dünyaya” (Z.Yaqub), “Vətən oğlu” (Fikrət Qoca) şeirləri səsləndirdilər.
Dərsdə iştirak edən Kollecin tarix müəllimi  Zaur Vəliyev dahi şəxsiyyət Heydər Əliyev haqqında çıxış edərək bildirib ki, Azərbaycan tarixinin 34 ildən artıq bir dövrü Ulu Öndərin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev xalqı tarixin ən çətin sınaqlarından çıxararaq dövlətimizin tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. 
Gənclərin hərtərəfli inkişafında, onların milli kadr kimi formalaşmasında dahi şəxsiyyət əlindən gələni əsirgəməmişdir. Şübhəsiz ki, Heydər Əliyevin həyat yolu bütün insanlar, xüsusilə də biz gənclər üçün əsl məktəbdir. 
Ömrünü vətən, xalq yolunda şam kimi əridən, tariximizə parlaq səhifələr bəxş edən Ulu Öndər bizim qürur mənbəyimiz, milli iftixarımızdır. Bu gün biz gənclər Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək inamla gələcəyə addımlayır, Heydər Əliyevin biz gənclərə etibar etdiyi qüdrətli Azərbaycana öz töhfəmizi verməyə çalışırıq.
Onun ideya və əməllərini davam etdirən, vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdur. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə Onun ölməzliyini bir daha təsdiqləmişdir.
 Dərsin sonunda Ulu Öndər Heydər Əliyevin  çıxışlarından və həyatından bəhs olunan videoçarxlar nümayiş olundu. 

15-11-2023, 02:48
up