“Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevdir”
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 2023-cü il “Heydər Əliyev ili” ilə bağlı dərslərin keçirilməsi davam edir. Kollecin “Mühasibat Ucotu” ixtisasının 585-ci qrupunda müəllim Təranə Manafova “Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevdir” mövzusunda dərsi keçirilib.
Təranə Manafova bildirmişdir ki, xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır.
Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, 44 günlük Vətən müharibəsində qələbə qazanmağımızda,habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.
Dərsin sonunda müəllim Təranə Manafova tələbələri maraqlandıran suallara cavab vermişdir.

