UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 2023-cü il “Heydər Əliyev ili” ilə bağlı dərslərin keçirilməsi davam edir. Kollecin “Maliyyə işi” ixtisasının 123-ci qrupunda müəllim Səadət Mərdanovanın “Heydər Əliyev yeni tarixin banisi” mövzusunda dərsi keçirilib. Tələbələrə Heydər Əliyevin Azərbaycan xalqının tərəqqisi ücün misilsiz xidmətlətini qeyd edən müəllimə S.Mərdanova bildirib ki, xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Dərsin sonunda müəllim Səadət Mərdanova tələbələri maraqlandıran suallara cavab vermişdir.