“Heydər Əliyev həmişə bizimlədir!”
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 2023-cü il “Heydər Əliyev ili” ilə bağlı dərslərin keçirilməsi davam edir. Kollecin “Maliyyə işi” ixtisasının 125-ci qrupunda müəllim Nazilə Möhsümova “Heydər Əliyev həmişə bizimlədir!” mövzusunda dərsi keçirilib.
Kollecin müəllimi Nazilə Möhsümova tələbələrə Ulu Öndər Heydər Əliyevin həyatı haqqında ətraflı məlumat vermişdir.
Ulu Öndər Heydər Əliyev haqqında tələbə Samir Tağızadə çıxış edərək bildirdi ki,xalqın ən çətin günündə yanında olan Heydər Əliyev həmişə qəlblərdə yaşayacaqdır.

