"Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası"

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 2023-cü il “Heydər Əliyev ili” ilə bağlı dərslərin keçirilməsi davam edir. Kollecin “Bank işi”  ixtisasının 455-ci qrupunda müəllim Rəna Rəhimova "Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda dərsi keçirilib. 
Kollecin müəllimi Rəna Rəhimova tələbələrə Ulu Öndər Heydər Əliyevin həyatı haqqında ətraflı məlumat verərək bildirdi ki, milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuza görə də türk dünyasının dahi şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.
 Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə  xailımızın sosial rifahının yaxşılaşdırılmasından danışan  tələbə Rasim Kazımov  bildirdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında yenə də müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən azad etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti azad edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Heç zaman seçimində yanılmayan xalqımız bu dəfə də çox düzgün seçim etmişdir. 
Ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tezliklə tərəqqiyə nail olundu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.

20-11-2023, 04:09
up