Kollecdə icbari dispanserizasiya ilə bağlı maarifləndirici görüş kecirildi

Əhali arasında icbari dispanserizasiyanın həyata keçirilməsində maarifləndirmə işinin təşkili vacib amillərdən biridir. 
Belə ki, uşaqların dispanserizasiyası – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarının aşkar edilməsi və qarşısının alınması, kəskin və xronik xəstəlikləri olan uşaqların erkən aşkar edilməsi, onların müalicəsi və nəzarətə götürülməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. 
Bu məqsədlə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 15.11.2023-cü ildə 22 saylı uşaq polikilinikasının tibb bacısı Pərvanə Allahverdiyeva tərəfindən müəllim və tələbələr arasında maarifləndirici görüş keçirildi. Tədbirin keçilirməsində məqsəd vaxtı-vaxtında dispanser müayinədən keçmənin vacib olduğu bildirildi. Görüş iştirakcılarının nəzərinə catdırıldı ki, uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış bu Dövlət Proqramı uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına yönəldilmişdir. 
Onu da qeyd edək ki,dispanserizasiyanın aparılması işinə mane olan,səhlənkarlıq edən,onu qəsdən ləngidən valideyinlər,tibb işciləri və ya digər şəxslər İnzibati Xətalar Məcəlləsinin 65.2.1 və 65.2.1 və 65.2.2-ci maddələri ilə qanunla müəyyət edilmiş qaydada məsuliyyət daşıyırlar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.

22-11-2023, 21:45
up