Erkən nikahlara səbəb olan amillər müzakirə olundu.

14.09.2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə psixoloq Xalidə Kərimova  “Sosial iş” ixtisası üzrə  2-ci kurs 711 və “Mühasibat uçotu”  ixtisası üzrə  3-cü kurs 585 saylı qruplarla “Erkən nikahlar” mövzusunda qruplar üzrə seminarı keçirildi. Keçirilmiş seminarda qrup tələbələri “Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olması haqda”, “Erkən nikahın özünün bir neçə problemi əks etdirməsi”, “Erkən nikahların meydana gəlməsinin sosial psixoloji səbəbləri”, “Erkən nikahlara səbəb olan amillər”, “Erkən nikahların törətdiyi sosial, psixoloji, fizioloji fəsadlar”, “Erkən nikahlarla bağlı Azərbaycanda vəziyyət”  və s. haqda məlumatlandırıldı. 
Sonda qrup tələbələrindən Pərvin Mübariz oğlu Məmmədov, Zəhra Elşad qızı İsmayılov, Gülnaz Qamət qızı Gərayeva, Hüseyn Məhəmmədəli oğlu İsmayılov, Leyla Cəmil qızı Əliyeva, Qəndab Əli qızı Aşurova, Şükufə Elçin qızı Paşazadə və digərləri mövzu haqda öz fikirlərini səsləndirdilər. 

14-10-2024, 16:20
up