28.11.2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə “Sosial iş” ixisası üzrə 708 saylı tələbələrlə “Narkomaniya, asılılıq halqası” adlı qup seminarı keçirildi. Seminarda “Narkotik maddələrin istifadəsi”, “Nakotik maddələrin beyinə təsiri”, “Uzun müddət narkotik maddədən istifadə edən şəxsdə nələr baş verir” və s. suallar ətrafında tələbələrə məlumat verildi, istifadə nəticəsində hansı problemlərlə üzləşdikləri haqda suallara aydınlıq gətirildi. Bundan başqa narkotiklərin insana vurduğu sosial, psixoloji və fiziki bəlalardan danışıldış, tələbələr bu haqda məlumatlandırıldır. Bundan başqa seminar iştirakçılarına “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! 802 qaynar xətti və “Ümid” Reablitasiya Mərkəzi haqda geniş məlumat verildi. Bu mövzu üzrə tələbələr də öz fikirlərini bildirdilər.