Sosial-İqtisadi Kollecdə Yeni il qeyd edildi

27 dekabr 2023-cü ildə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov açaraq tədbir iştirakçılarını qarşıda gələn Yeni il mühasibəti ilə təbrik etdi və qeyd etdi ki, Dünya Azərbaycanlılarının həmrəyliyi günü Ümummilli Lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixdir.
Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin liderliyində qalib xalqımızın möhtəşəm uğurlarının davamlı olacağına əminlik ifadə edən direktor Vidadi Orucov cıxışının sonunda “Heydər Əliyev ili” ilə bağlı keçirilən tədbirlərdə fərqlənən tələbələrə təşəkkürünü bildirdi.
Kollecin tərbiyə işləri üzrə direktor müavini Xanım Məmmədova və sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə tələbələri təbrik etdilər və qarşıdan gələn 2024-cü ilin hər kəs üçün uğurlu olmasını və bütün arzuların gerçəkləşəcəyi bir il olmasını arzuladılar.
Yeni il tədbiri ilə bağlı tələbələrin yekun hesabat konserti təqdim olundu,yeni il şənliyinin əsas personajları Şaxta baba və Qar qız  iştirak edərək tələbələri, müəllimləri təbrik etdi, tədbirə rəngarənglik qatdılar.
Tədbir bədii hissə ilə davam edib.

27-12-2023, 03:44
up