UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə 20 yanvar faciəsi yad edildi

1990-cı ilin 20 Yanvar hadisəsindən 34 il ötür. Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün qətlə yetirilən hazırlığın bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir. 

Elm və Təhsil Nazirinin və UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı” tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Dövlət Himnimizin sədaları altında başlanan tədbirdə Azərbaycanın ərazi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin  əziz  xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbir zamanı çıxış edən kollecin tələbələri həmin gecənin xalqımız üçün heç vaxt unudulmaz bir gün olduğunu bildirdilər. 

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev  çıxışında qeyd edib ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizə aparacaqlar. 

Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərimizə borcluyuq. 

Tədbirin sonunda tələbələr tərəfindən 20 yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirildi, hazırlanmış səhnəciklər və videoçarx nümayiş etdirildi.



19-01-2024, 01:47
up