Tələbələr “Ana harayı” abidəsini ziyarət etdilər
“Xocalı soyqırımının otuz ikinci ildönümünün keçirilməsi barədə”Azərbaycan Respublikası Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı Tədbirlən Planının icrası ilə əlaqədar olaraq UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə bir sıra işlər görülməyə başlanılmışdır.
Kollecin direktoru,pedaqogika üzrə elmlər doktoru Vidadi Orucovun “Xocalı soyqrının otuz ikinci ildönümünün keçirilməsi barədə” imzaladığı əmrə uyğun olaraq ilk olaraq qrupların Xətai rayonunda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı”abidəsinə ziyarətləri təşkil edilmişdir.
Qrup rəhbərləri Xocalı soyqırımı haqda tələbələrə ətraflı məlumatlar vermiş, soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilmiş, abidənin önünə qərənfillər düzülmüşdür.

