Sosial İqtisadi Kollecdə Xocalı sakini ilə görüş keçirildi

“Xocalı soyqırımının otuz ikinci ildönümünün keçirilməsi barədə”Azərbaycan Respublikası Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı Tədbirlən Planının icrası ilə əlaqədar olaraq UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə Xocalı soyqırımının canlı şahidi Eldəniz Əbdülovla görüş keçirildi.
Xocalı sakini Eldəniz Əbdülov görüşdə tələbələrə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə düşmənlərin 4 tərəfdən edilən hücümundan, şəhərin necə  müdafiə olunmasından danışdı.Üç gün Qarqar çayı ilə Xocalı sakinlərinin bir qisminin  qarlı-boranlı havada Ağdam istiqamətinə gətirdiklərini söyləyən şahid indi də onların əksəriyyətinin donvurmadan əziyyət çəkdiklərini bildirdi.
Sonda  Eldəniz Əbdülov Xocalı faciəsinin təkcə xocalılara,Azərbaycan xalqına qarşı yönələn soyqırım olmadığını qeyd edərək, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu qeyd edib.
26-02-2024, 15:21
up