Kollecdə Dəyirmi Masa keçirildi
“Xocalı soyqırımının otuz ikinci ildönümünün keçirilməsi barədə”Azərbaycan Respublikası Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı Tədbirlər Planının icrası ilə əlaqədar olaraq UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə Dəyirmi Masa keçirilmişdir. Tədbirdə “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı iştirak etmişdir.Kollecin direktoru,pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxış edərək Xocalı soyqırımının heç zaman unudulmayacağını bildirdi. “Xocalıya Bahar gəlir”- deyən Vidadi Orucov tezliklə Qarabağın cənnətə çevriləcəyini vurğuladı.“Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyar qızı çıxış edərək bildirdi ki,16 yaşımda Xocalıda gördüklərim heç vaxt yadımdan çıxmayacaq. 1992-ci ildə dörd tərəfdən mühasirədə olan Xocalı şəhərini ermənilər məhv etməklə bir daha necə qəddar millət olduqlarını sübüt etdilər.Fevralın 25-dən 26-sına keçən gecə xocalıların başına gələnlərdən danışan Ayna Allahyarqızı “Dəyirmi Masa” iştirakçılarını kövrəltdi.Sonda Dəyirmi Masa iştirakçıları Xocalı soyqırımının tanıtması ilə bağlı müzakirələr apardılar.





