Rəsm müsabiqəsinə yekun vuruldu. “Xocalı soyqırımının otuz ikinci ildönümünün keçirilməsi barədə”Azərbaycan Respublikası Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı Tədbirlər Planının icrası ilə əlaqədar olaraq UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə soyqırıma həsr olunmuş rəsm müsabiqəsi keçirildi. 14 tələbənin təqdim etdiyi əl işləri arasından “Bank işi” ixtisasının 462-ci qrup tələbəsi Aysel Əhmədlinin rəsmi I yerə layiq, “Bank işi” ixtisasının 462-ci qrupun tələbəsi Rzayeva Raziyyənin əl işi II yerə, “İdarəetmə” şöbəsinin 324-cü qrup tələbəsi Lalə Şükürlünü əl işi isə III yerə layiq görülmüşdür.